...

Monteneqro millisinin qapıçısı 26 yaşında vəfat etdi

İdman Materials 15 İyun 2024 15:56 (UTC +04:00)

Bakı. Trend:

Monteneqro millisinin qapıçısı Matiya Şarkiç vəfat edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, İngiltərədə “Miluoll”un şərəfini qoruyan qolkiper 26 yaşında dünyasını dəyişib.

“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin millidəki komanda yoldaşı Budva şəhərindəki evində özünü narahat hiss edib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, yığmada 9 oyun keçirən futbolçu 10 gün əvvəl Belçika ilə qarşılaşmada da iştirak edib.

Xəbər lenti

Xəbər lenti