Bakı. Trend:
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
Trend xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı polşalı Robert Baranla qarşılaşıb.
Görüş idmançımız 9:3 qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bununla da Azərbaycanın Paris olimpiadasında qazandığı medalların sayı altıya çatıb. Daha əvvəl Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.