...

Azərbaycan axtarışda olan Özbəkistan vətəndaşlarını qarşı tərəfə təhvil verdi - RƏSMİ

Cəmiyyət Materials 28 Noyabr 2024 18:16 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Respublikasının vətəndaşları 1979-cu il təvəllüdlü Boyturayev İlxom Xurramoviçin və 1986-cı il təvəllüdlü Abdullayev Farxodcon Axrorconoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilmələrinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş İ.X.Boyturayev 29.08.2024-cü il tarixində və F.A.Abdullayev 01.09.2024-cü il tarixində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

""Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil veriliblər", -məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti