Bakı. Trend:
Gürcüstan və Rusiya arasında yeganə quru gömrük-keçid məntəqəsinin güclü qar səbəbilə fəaliyyəti dayandırılıb.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Məlumata görə, Dəryal vadisində mürəkkəb meteoroloji vəziyyətə görə yaranmış fövqəladə vəziyyətlə əlaqədar “Kazbeqi” gömrük keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb. Məntəqənin hava şəraiti yaxşılaşdıqdan sonra fəaliyyətini davam etdirəcəyi qeyd olunub.