Bakı. Trend:
Fransızların üçdə ikisi, yəni 63 faizi hökumətə etimad göstərilməyəcəyi təqdirdə Fransa prezidenti Emmanuel Makronun istefasını dəstəklədiyini bildirib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, sorğulara əsasən, “Milli Birlik” partiyasına daxil olan partiyalar, eləcə də solçu “Yeni Xalq Cəbhəsi” alyansı xüsusilə Makronun istefasının tərəfdarıdır.
Makronun mümkün istefası həm də “Respublika” partiyası seçicilərinin bir hissəsi və onun siyasi dəstəyi hesab edilən “Renessans” partiyasının daxil olduğu “Respublika Naminə Birlikdə” alyansının elektoratı tərəfindən də düzgün addım hesab olunur.