...

Türk İnvestisiya Fondu (TİF) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafını dəstəkləyəcək

Dünya xəbərləri Materials 28 Noyabr 2024 17:26 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Türk İnvestisiya Fondu (TİF) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafını dəstəkləməyi planlaşdırır.

Trend Fondun məlumatına istinadən xəbər verir ki, bunu TIF prezidenti Bağdat Amreyev 27 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabadda keçirilən BMT-nin Dayanıqlı Nəqliyyat üzrə Dostlar Qrupunun Nazirlər Görüşündə bildirib.

Tədbir Türkmənistan və Çinin həmsədrliyi altında təşkil olunub.

Görüş zamanı vurğulanıb ki, BMT-nin dayanıqlı nəqliyyat üzrə məqsədlərinə çatmaq üçün birgə səylər və strateji tərəfdaşlıqlar mühüm rol oynayır. Yolların təhlükəsizliyinin artırılması, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, dayanıqlı nəqliyyat həllərinin inkişafı və innovativ yaşıl texnologiyaların tətbiqi əsas diqqət mərkəzində olub.

B.Amreyev çıxışında qeyd edib ki, nəqliyyat və gömrük sahəsində əməkdaşlıq türk dövlətləri arasında əməkdaşlığın gündəliyində hər zaman mühüm yer tutur.

O xatırladıb ki, Bişkekdə keçirilmiş Türk Dövlətləri Başçıları Sammiti mövcud çağırışların həlli və nəqliyyat və tranzit sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

TIF prezidenti bildirib ki, TİF türk dövlətlərinin ilk birgə maliyyə institutu olaraq, daxili ticarət və investisiyaların möhkəmləndirilməsi, iqtisadi artımın stimullaşdırılması və innovativ layihələrin təşviqi üçün yaradılıb. Nəqliyyat sektoru TİF-in əsas diqqət mərkəzindədir və Orta Dəhlizin inkişafı xüsusi prioritet olacaq.

O əlavə edib ki, TİF digər nəqliyyat təşəbbüslərini də dəstəkləyə bilər, məsələn, Ro-Ro və Ro-Pax tipli bərə daşımalarının inkişafı, yükdaşıma imkanlarının artırılması, nəqliyyat sektorunun rəqəmsallaşdırılması.

Xəbər lenti

Xəbər lenti