Bakı. Trend:
Ermənistana qarşı xarici təcəvüz olmadığından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qarabağda İrəvan tərəfində vuruşmaq öhdəliyi olmayıb.
Trend Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarına cavab verərkən deyib.
"KTMT-nin bununla heç bir əlaqəsi yoxdur, çünki Ermənistanın özünə qarşı heç bir xarici təcavüz olmayıb", - o bildirib.
Onun sözlərinə görə, KTMT üzv ölkələri xarici təcavüzdən qorumaq üçün yaradılıb.
"Qarabağ hadisələrinin özünəməxsus xüsusiyyətləri var: Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımırdı və təbii ki, Qarabağı öz perimetrinə daxil etməmişdi. Bu o deməkdir ki, Qarabağda baş verənlərin Ermənistanla heç bir hüquqi əlaqəsi yoxdur, ona görə də KTMT-nin bu ərazidə döyüşməsini istəmək qəribədir", - V.Putin qeyd edib.