...

“Araz-Naxçıvan” futzal komandası Çempionlar Liqasında uğurlu start edib

İdman Materials 21 Avqust 2024 22:03 (UTC +04:00)
“Araz-Naxçıvan” futzal komandası Çempionlar Liqasında uğurlu start edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasında mübarizəyə başlayır.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan çempionu yeni avrokubok mövsümündə ilk matçına bu gün çıxıb.

İlkin mərhələdə çıxış edən təmsilçimiz Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə görüşüb. H qrupunda yer alan komandalar İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında üz-üzə gəliblər. Azərbaycan çempionu rəqibi darmadağın edib. Komandamızın vurduğu 7 qola rəqib cəmi 1 dəfə cavab verə bilib.

Qeyd edək ki, qrupun digər matçında Estoniyanın “Sillamae Silla” klubu yerli “Uddevalla” ilə qarşılaşacaq.

Çempionlar Liqası
İlkin mərhələ
H qrupu, I tur
21 avqust
18:00. “Araz-Naxçıvan” – “Sparta Belfast” - 7:1

Qollar: Giovanni Valerio, 2:06, 19:33, 20:32, K. Manafov, 21:01, Yaniç Aleksandar, 26:54, Amadeu, 32:18, E. Həsənzadə, 39:16 - Best, 34:49

Məqalədə:
Xəbər lenti

Xəbər lenti