...

“Araz-Naxçıvan” İsveç klubuna uduzub

İdman Materials 24 Avqust 2024 19:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsi davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün qrupda son matçına çıxın.

İlk iki turda qalib gələn Vitali Borisovun yetirmələri İsveçin "Uddevalla" klubu ilə qarşılaşıb. Meydan sahibi ilə görüş qrup qalibinin adına aydınlıq gətirib. Birinci pilləni qorumaq üçün təmsilçimizə bir xal da kifayət edib. Oyun rəqibin 4:3 hesablı qələbəsi ilə başa çatıb .

Qeyd edək ki, "Araz-Naxçıvan" ilk iki turda "Sparta Belfast"ı (Şimali İrlandiya) 7:1, "Sillamae Silla"nı (Estoniya) isə 7:0 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti