...

Sərbəst güləşçilərimiz Minskdə 8 medal qazanıb

İdman Materials 22 Sentyabr 2024 11:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belarusun paytaxtı Minskdə sərbəst güləş üzrə Aleksandr Medved turnirinə yekun vurulub.

Trend İdman.biz-ə xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında ənənəvi yarışda iştirak edən yığmamız 8 medal qazanıb.

Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) qızıl, Orxan Abasov (79 kq) gümüş, Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) bürünc medal əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti