Bakı. Trend:
"Qalatasaray" ulduz futbolçu Lorenzo Pelleqriniyi heyətinə cəlb etmək istəyir.
Trend xəbər verir ki, "sarı-lacivərtlilər" "Roma"dan ayrılması gözlənilən Pelleqrininin xidmətində maraqlıdır. Bu barədə "Corriere dello Sport" məlumat yayıb.
İstanbul nəhənginin, italiyalı yarımmüdafiyəçi üçün "Roma" ilə danışıqlara başladığı qeyd edilib.
Pelleqrini 2024/25 mövsümündə paytaxt klubunun heyətində çıxış etdiyi 12 matçda 1 məhsuldar ötürmə edib.