Bakı. Trend:
İngiltərə Liqa Kubokunda ilk finalçı bəlli olub.
Trend-in məlumatına görə, yarımfinalda "Nyukasl" və "Arsenal" komandaları qarşılaşıb. İlk görüşdə olduğu kimi, bu matç da birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, "Nyukasl" adını Liqa Kubokunda finala yazdırıb.
Yarımfinalın digər oyununda "Liverpul" və "Tottenhem" komandaları üz-üzə gələcək. İlk görüş London təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.