...

UEFA Millətlər Liqasında Azərbaycan yığmasının DÇ-2026-dakı sonuncu rəqibi bəlli olub

İdman Materials 24 Mart 2025 02:52 (UTC +04:00)
UEFA Millətlər Liqasında Azərbaycan yığmasının DÇ-2026-dakı sonuncu rəqibi bəlli olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin cavab matçları keçirilib.

Trend xəbər verir ki, Azərbaycan yığmasının DÇ-2026-dakı sonuncu rəqibi müəyyənləşib.

Xorvatiya səfərdə Fransa yığması ilə qarşılaşıb. İlk matçda 2:0 hesabı ilə qalib gələn xorvatlar, cavab matçında əsas vaxtda 0:2 hesabı ilə məğlub olub.

Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyası keçirilib. Fransa yığması zərbələri daha dəqiq yerinə yetirərək, Ukrayna, İslandiya və Azərbaycanla birlikdə DÇ-2026-nın D qrupunun 4-cü komandası olub.

Almaniya, Portuqaliya və İspaniya komandaları UEFA Millətlər Liqasının yarımfinalına vəsiqə qazanıblar.

23:45 Fransa – Xorvatiya 2:0 (Əlavə vaxt 2:0, penaltilər seriyası 5:4) (İlk oyun 0:2)
23:45 Almaniya – İtaliya 3:3 (İlk oyun 2:1)
23:45 Portuqaliya – Danimarka 3:2 (Əlavə vaxt 5:2) (İlk oyun 0:1)
23:45 İspaniya – Niderland 2:2 (Əlavə vaxt 3:3, penaltilər seriyası 5:4) (İlk oyun 2:2)

Xəbər lenti

Xəbər lenti