Bakı. Trend:
“Qəbələ” futbol klubu yeni transferini rəsmiləşdirib.
Trend xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
Region təmsilçisi Eduardo Kundeni heyətinə qatıb.
Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
27 yaşlı mərkəz müdafiəçisinin sonuncu dəfə İndoneziyanın “Persis” klubunda çıxış edib.