...

Əliyar Ağayev Xorvatiya yığmasının oyununa təyinat aldı

İdman Materials 12 Noyabr 2025 11:05 (UTC +04:00)
Əliyar Ağayev Xorvatiya yığmasının oyununa təyinat aldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Ə.Ağayev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Farer adaları matçının baş hakimi olacaq.

Trend xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti