...

“Arsenal” inamlı qələbə qazanıb - İngiltərə Premyer Liqası

İdman Materials 31 Dekabr 2025 04:07 (UTC +04:00)
“Arsenal” inamlı qələbə qazanıb - İngiltərə Premyer Liqası

Bakı. Trend:

İngiltərə Premyer Liqası çərçivəsində “Arsenal” və “Aston Villa” komandaları qarşılaşıblar.

Trend-in məlumatına görə, Londondakı “Emirates” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 48-ci dəqiqəsində “Arsenal”ın braziliyalı müdafiəçisi Qabriel Maqalyanes hesabı açıb. Dörd dəqiqə sonra ispan yarımmüdafiəçi Martin Zubimendi fərqi iki topa çatdırıb – 2:0. “Topçular”ın üçüncü qolunu 69-cu dəqiqədə belçikalı cinah oyunçusu Leandro Trossard vurub. 78-ci dəqiqədə braziliyalı hücumçu Qabriel Jesus hesabı 4:0 edib. Qarşılaşmanın son nöqtəsini isə 90+4-cü dəqiqədə Olli Uotkins vuraraq “Aston Villa”nın yeganə qoluna imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti