Bakı. Trend:
Azərbaycanın futzal millisi iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Komanda yanvarın 22-də və 24-də Danimarka yığması ilə qarşılaşacaq. Hər iki görüş Bakı İdman Sarayında keçiriləcək.
Bildirilib ki, oyunların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
