Bakı. Trend:
“Nitsa”nın futbolçusu Jeremi Boqa İtaliya A Seriyasına qayıda bilər.
Trend xəbər verir ki, “Napoli” Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir.
İtaliya çempionu 29 yaşlı vingeri satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, “Nitsa” Jerimi Boqanı 2023-cü ilin yayında "Atalanta"dan 17,5 milyon avroya transfer edib. Təcrübəli oyunçu bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
