...

"Fənərbaxça" "Bavariya"nın hücumçusu ilə maraqlanır

İdman Materials 12 Fevral 2026 20:11 (UTC +04:00)
"Fənərbaxça" "Bavariya"nın hücumçusu ilə maraqlanır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Fənərbaxça" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi icarə əsasında "Bavariya"da çıxış edən Nikolas Ceksondur.

Türkiyə klubu seneqallı forvardın müqavilə ilə məxsus olduğu "Çelsi" ilə ilkin danışıqlara başlayıb. 24 yaşlı hücumçu özü London klubundan ayrılmağa isti yanaşır.

Qeyd edək ki, "Bavariya" Nikolas Ceksonu 2025-ci ilin sentyabr ayında icarəyə götürüb. Seneqal millisinin üzvü Münhen təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti