...

“Barselona”nın futbolçusu “Real Madrid”ə keçə bilər

İdman Materials 16 Fevral 2026 12:42 (UTC +04:00)
“Barselona”nın futbolçusu “Real Madrid”ə keçə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın "Barselona" klubunun futbolçusu Jül Kunde yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, "Real Madrid" fransalı müdafiəçi ilə yaxından maraqlanır.

Kataloniya təmsilçisi hazırda oyunçunu satmaq niyyətində deyil. Lakin klub 70-80 milyon avroluq təklif alsa, bu transferi nəzərdən keçirə bilər.

Fransa millisinin 27 yaşlı müdafiəçisi İngiltərənin "Çelsi" klubunun da diqqət mərkəzindədir.

Qeyd edək ki, Jül Kundenin "Barselona" ilə hazırkı müqaviləsi 2030-cu ilə qədərdir. Futbolçu bu mövsüm La Liqa təmsilçisinin heyətində 36 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti