...

"Silk Way Airlines" daha bir "Boeing" alıb (FOTO)

İqtisadiyyat Materials 29 Avqust 2016 15:35 (UTC +04:00)
Yeni təyyarənin tədarükü aviaşirkətə ABŞ-a yeni istiqamətlər də daxil olmaqla, uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.
"Silk Way Airlines" daha bir "Boeing" alıb (FOTO)

Bakı. Trend:

"Silk Way Airlines" hava gəmiləri parkına yeni "Boeing 747-8F" təyyarəsi əlavə edib.

"Silk Way Airlines" şirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu aviaşirkət tərəfindən istismar olunacaq artıq səkkizinci "Boeing" tipli və dördüncü "Boeing 747-8F" təyyarəsidir. Yeni təyyarənin tədarükü aviaşirkətə ABŞ-a yeni istiqamətlər də daxil olmaqla, uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

Bakıdan Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq və Şanxaya mövcud birbaşa müntəzəm reyslərlə yanaşı, Çikaqo və Dakkaya yeni reyslərin açılması planlaşdırılır.

Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı yük aviadaşımalarının böyük nəqliyyat qovşağına çevrilib. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb.

Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni geniş füzelyajlı uzaq magistrallı "Boeing 747-8F" təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti