...

Bakıda 11-ci Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi keçiriləcək

İqtisadiyyat Materials 15 Sentyabr 2016 14:04 (UTC +04:00)
19-21 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Stomatologiya “Stomatology Azerbaijan 2016” sərgisi keçiriləcək.
Bakıda 11-ci Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi keçiriləcək

Bakı. Trend:

19-21 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Stomatologiya “Stomatology Azerbaijan 2016” sərgisi keçiriləcək.

ITECA-dan Trend-ə verilən məlumata görə, hər il “Stomatology Azerbaijan" sərgisi regionun yeganə ixtisaslaşdırılmış tədbiridir.

Sərgi stomatologiya mütəxəssislərinin ənənəvi görüş yeri, eləcə də tibbi məhsul və xidmət bazarında əldə edilmiş nailiyyətlərin nümayiş olunduğu məkandır.

Bu ilki “Stomatology Azerbaijan" sərgisinin iştirakçıları - Johnson&Johnson, DRC group (brand R.O.C.S), Piave, Henan Biou Medical Devices Co.,Ltd yeni stomatologiya avadanlıqlarını, istifadə materiallarını, implantasiyada və diş ağardılmada yeni texnologiyalarını, ağız boşluğunun gigiyenasında vasitələrini təqdim edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti