...

Vergilər naziri Füzulidə vətəndaşları qəbul edəcək

İqtisadiyyat Materials 20 Sentyabr 2016 11:41 (UTC +04:00)
Sentyabrın 23-də vergilər naziri Fazil Məmmədov Füzuli rayonunda Muğam mərkəzində (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti) Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vergilər naziri Füzulidə vətəndaşları qəbul edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Sentyabrın 23-də vergilər naziri Fazil Məmmədov Füzuli rayonunda Muğam mərkəzində (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti) Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 8 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Qarayev Mahir Qaraxan oğlu, əlaqə telefonu (02122-5-25-52), mobil (050-330-77-55) və Füzuli Rayon Vergilər Şöbəsi (əlaqələndirici şəxs: Əliyev Əlövsət Məqsəd oğlu, əlaqə telefonu: (02631-5-54-54), mobil (050-332-70-26) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti