...

Yasamalda yeni inşa edilmiş bina sakinlərinə çıxarışlar verilib (FOTO)

İqtisadiyyat Materials 23 Sentyabr 2016 14:19 (UTC +04:00)
Bakının Yasamal rayonunda yeni inşa edilmiş bina sakinlərinə ünvanlarında çıxarışlar təqdim edilib.
Yasamalda yeni inşa edilmiş bina sakinlərinə çıxarışlar verilib (FOTO)

Bakı. Trend:

Bakının Yasamal rayonunda yeni inşa edilmiş bina sakinlərinə ünvanlarında çıxarışlar təqdim edilib.

Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Sentyabrın 23-də Yasamal rayonunda yerləşən çoxrmərtəbəli binanın həyətində keçirilən kampaniya çərçivəsində 100-ə yaxın sakinə mənzillərinə dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mənzillərə dair çıxarışların verilməsi üçün birbaşa ünvanlarda ilkin hüquq-müəyyənedici sənədlər də qəbul edilib.

Kampaniya zamanı vətəndaşlara qeydiyyatla bağlı hüquqi məsələlər izah olunub, hüquqi yardımlar göstərilib. Sakinlərə qeydiyyat proseduru barədə izahlar verilib. Sənədləşdirmə zamanı müvafiq qurumlardan alınması zəruri olan sənədlərin adı, belə sənədlərin əldə olunması ardıcıllığı, qeydiyyat müddətləri və digər məsələlər vətəndaşlara çatdırılıb.

Qeyd edək ki, 2016-cı ildə kampaniya paytaxtın 7 rayonunda, respublikanın isə 13 şəhər və rayonunda keçirilib. Ümumilikdə indiyədək 9 minə yaxın vətəndaş kampaniyadan faydalanaraq öz ünvanında çıxarış əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti