...

“Azəravtoyol” gücləndirilmiş iş rejiminə keçir

İqtisadiyyat Materials 4 Oktyabr 2016 12:26 (UTC +04:00)
“Azəravtoyol” ASC gücləndirilmiş iş rejiminə keçir.
“Azəravtoyol” gücləndirilmiş iş rejiminə keçir

Bakı. Trend:

“Azəravtoyol” ASC gücləndirilmiş iş rejiminə keçir.

ASC-dən Trend-ə verilən məlumata görə, qurumun balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan MMC-lərin istehsalat bazalarının payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün tədbirlər planı hazırlanıb.

2016-2017-cı illər payız-qış mövsümünə hazırlıq, payıq-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək, o cümlədən vəziyyətə operativ nəzarət etmək məqsədi ilə cəmiyyətin mərkəzi aparatında gərargah yaradılıb.

Tədbirlər planına əsasən, müntəzəm surətdə avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatların toplanması, respublikanın magistral avtomobil yolarında, dağlıq rayonlarda, həmçinin Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə operativ tədbirlərin görülməsi məqsədi ilə “Azəravtoyol” ASC-də sutkalıq növbətçilik yaradılıb. Daxil olan məlumatları operativ qeyd edib cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırılmasını təmin etmək məqsədi ilə (012) 599-79-75 “Qaynar xətt” fəaliyyət göstərir. “Qaynar xətt” 24 saat ərzində daxil olan zəngləri qəbul edir.

Cəmiyyətin tabeliyində olan MMC-lərə qısa müddət ərzində yol texnikasının, maşın-mexanizmlərin və avtonəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsini, körpülərin requlyasiyalarının dağılmış hissələrinin bəspasını və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsini, yol nişanlarının, yol avadanlıqlarının, siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirmək və mövcud nöqsanları aradan qaldırılmasını, xidmət etdikləri avtomobil yollarında cari təmir işlərinin, suötürücü boruların və küvetlərin təmizlənməsini, tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyyatının yaradılmasını, mailliyi böyük olan sahələrdə və sərt döngələrdə səpilməsi üçün yığılmış qum və duz ehtiyyatlarının səmərəli istifadə edilməsini təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti