Bakı. Trend:
“Günəşli” yatağındakı 45 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, ölkənin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 6 saylı dərin dəniz özülündə 45 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 3088-3075 metr intervaldan sutkalıq 71 ton neft və 5000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.