...

Nazir: Azərbaycan və İran birgə ticarət arbitrajı palatası yaradacaqlar (ÖZƏL)

İqtisadiyyat Materials 17 Fevral 2017 22:50 (UTC +04:00)

Bakı. Fərhad Daneşvər - Trend:

Azərbaycan və İran birgə ticarət arbitrajı palatası yaradacaqlar. Bu barədə İranın ədliyyə naziri Mustafa Purməhəmmədi Azərbaycana səfərinin sonunda Trend-ə açıqlamasında bildirib.

Nazir deyib ki, səfər zamanı tərəflər arasında ədliyyə sahəsində yeni sazişlərin imzalanması müzakirə olunub: "Azərbaycanla əldə etdiyimiz razılaşmaların davamı olaraq bu səfər baş tutdu. Cənab Prezident İlham Əliyev və digər yüksək vəzifəli rəsmilərlə görüşlər oldu".

M.Purməhəmmədi vurğulayıb ki, İran və Azərbaycan arasında əlaqələr siyasi və iqtisadi sahələrdə inkişaf edir:

"Səfər çərçivəsində İran və Azərbaycan tərəfləri insan hüquqları, narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizə, eləcə də terrorizmə qarşı mübarizə ilə bağlı bəyanatlar verdilər. Həmçinin ikitərəfli razılıq əldə olundu ki, iş adamları və investorlar arasında müxtəlif fikir ayrılıqlarının aradan qaldırılması üçün ticarət arbitrajı palatası yaradılsın. Hazırda tərəflər razılaşmanın mətnini müzakirə edirlər və gələcəkdə müzakirələr başa çatdıqda iki ölkə arasında müvafiq sənəd imzalanacaq".

Nazir Azərbaycanda "ASAN xidmət", müxtəlif elektron xidmətlər, xüsusilə ədliyyə sahəsində mövcud xidmətləri dəyərləndirərək bildirib ki, bu təcrübələrdən İranda da yararlanmaq olar.

M.Purməhəmmədi hesab edir ki, iki ölkənin rəhbər şəxsləri arasında yüksək səviyyəli etimad əldə olunub: "Məhz bu etimadın nəticəsində İran-Azərbaycan münasibətləri inkişaf yolundadır. Digər ziyankar qüvvələr bu münasibətlərə heç bir mənfi təsir göstərə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti