Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı 14 sentyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, sentyabrın 14-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7008 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2.0205 manat təşkil edir.
1 türk lirəsi 0,4916 manat, 1 rus rublu 0,0294 manat, 1 İran rialı 0,0046 manat, 1 gürcü larisi isə 0,6914 manatdır.