...

"Kapital Bank" komissiyanı ləğv etdi

İqtisadiyyat Materials 27 Sentyabr 2017 11:08 (UTC +04:00)
"Kapital Bank" bütün ödəniş kartları üzrə konvertasiya komissiyasını ləğv etdi.
"Kapital Bank" komissiyanı ləğv etdi

Bakı. Trend:

"Kapital Bank" bütün ödəniş kartları üzrə konvertasiya komissiyasını ləğv etdi. Artıq müştərilər konvertasiya əməliyyatını bankın gündəlik alış-satış kursuna əsasən həyata keçirə biləcəklər.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

"Kapital Bank" Visa International və MasterCard beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Ödəniş kartlarını "Kapital Bank" filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. "Kapital Bank" Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Qeyd edək ki, hazırda dövriyyədə "Kapital Bank"ın 3 milyona yaxın ödəniş kartı var. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. "Kapital Bank"-ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti