...

"Heavy Lift" və ya "AsstrA"nın zavodu köçürməsi

İqtisadiyyat Materials 27 Oktyabr 2017 11:44 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin iyul ayında AsstrA Heavy Lift bölməsinin (Poznan və Qdansk, Polşa) ekspertləri əsas müştəri olan AsstrA Wood and Paper Logistics üçün nəhəng yükdaşıma layihəsini - İspaniyada Villabrazarrodakı zavodun Bolqarıstandakı Veliko Tarnovoya köçürülməsini - başa çatdırıblar. Layihə 2017-ci ilin may-iyul ayları ərzində həyata keçirilib.

Yonulub preslənmiş ağac plitələrin hazırlanması üzrə istehsal xəttinin tərkib hissəsi olan 100-dən artıq kiçik ölçülü hissələri İspaniyadan Bolqariyaya daşıyıblar. Müştərinin aldığı zavod tam sökülüb yeni tikinti sahəsinə nəql edilib.

Daşınan hissələr və konstruksiyaların 99%-i qabaritsiz yüklər təsnifatına aid idi: onların bəzisinin hüdürlüyü 5 metrə, eni 5,5 metrə çatırdı. Layihə bütövlükdə bir neçə mərhələdən ibarət idi:

- İlkin təftiş işləri. Bun işlərin nəticəsində kombinə edilmiş çatdırılma olan quru-dəniz-quru sxeminin tətbiqi haqqında qərar qəbul edilmiş
- Çatdırılma sxeminin işlənib hazırlanması;
- İcazə və gəmi çarterinin sifarişi;
- 3 mərhələdən ibarət olan daşımanın özü

Öncə 50 qabaritsiz hissə Portuqaliyadakı Leyşoynş (Leixões) limanına quru yolu ilə çatdırıldı. 3 həftə ərzində yük, limanda açıq anbarda saxlanmaqla, mərhələli olaraq İspaniyadan çıxarıldı.

AsstrA Heavy Liftin mütəxəssisləri, liman agentləri və yükləmə üçün gəmi verən çarter şirkəti müştərinin tələbi ilə yükləmə tarixi və vaxtını bir neçə dəfə dəyişməli oldular. Yükün “Under deck” (gəminin gövdəsindəki saxlanma yerində) daşınması əsas şərt idi.

Şirkətimizin mütəxəssisləri ikinci mərhələdə dəniz yolu ilə daşınma üçün ikiqat döşəməyə malik xüsusi gəmi – “twindecker” sifariş etdilər. AsstrA-nın mütəxəssisləri iki gün davam edən yükləmə işlərinin aparılmasına nəzarət etdilər. Yüklənmə və yükün bərkidilməsi işləri tez bir zamanda həyata keçirildi.

Daşınmanın son mərhələsi – yükün Bolqarıstanın Varna limanına çatdırılması idi. Yük göndərmədən 10 gün sonra təyin olunmuş limana çatdı, sonra isə 10 nəql etmə vasitəsinin müşayiəti ilə son boşaldılma yerinə – müştərinin Veliko Tarnovodakı fabrikinə - çatdırıldı.

Qalan 50 ədəd qabaritsiz konstruksiya, Villabrazarrodakı zavoddan Veliko Tarnovoya quru yolu ilə daşındı. Daşınma üçün eyni zamanda bir neçə etibarlı partnyorun avtonəqliyyat vasitələrindən istifadə olundu.

Layihənin necə həyata keçirilməsi haqqında layihənin bütün mərhələlərinə şəxsən nəzarət etmiş, AsstrA-Associated Traffic AG-nin eksperti, AsstrA Heavy Lift şöbəsinin rəhbəri Pşemıslav Boronski danışdı.

“Bir neçə gərgin an olsa da, onları biz öncədən, hələ plan hazırlanarkən nəzərə almışdıq. Bu səbəbdən onların öhdəsindən uğurla gəldik. Bir neçə işçi qrupun əlaqələndirilmiş işi lazım oldu.

Nəqliyyatın və yüklərin parametrlərini nəzərə aldığımıza görə, nəql etmə, qabaritsiz daşınma kimi həyata keçirildi. Bizə, yalnız qısa vaxt kəsiyində daşınmanı həyata keçirmə icazəsi verildiyindən, bütün qrupların işini tez bir zamanda əlaqələndirmək və dəqiq göstərilmiş müddətdə yükü Leyşoynş limanına çatdırmaq tələb olunurdu.

Lakin Bolqarıstanda bizi daha böyük çətinliklər gözləyirdi: Minik avtomobillərinin sıx hərəkəti (məzuniyyət mövsümü idi) və yükü müşayiət edən polis konvoyunun digər tapşıqlara göndərilməsi. Bunlar Varnadan çıxışı çətinləşdirdiyinə görə, yükün çıxış tarixi və vaxtı dəfələrlə təxirə salınırdı”.

Növbəti qeyri-standart layihənin uğurla başa çatdırılması AsstrA şirkətinin səriştəsi və etibarlılığının göstəricisidir. AsstrA Heavy Lift artıq 10 ildən artıqdır ki, qabaritsiz və ağır çəkili yüklərin kompleks daşınmasını və nəqli xidmətlərini göstərir. Müştərilərimizə göstərilən xidmətə nəqliyyatın bütün növləri və yüklərin çatdırılması üçün əlaqələndirilmiş sxemlər daxildir. Holding öz ixtisaslaşmış avtomobil dayanacağından, həmçinin, uyğunlaşdırılmış dəmiryolu, dəniz və çay nəqliyyatından istifadə edir və bu ən çətin tapşırıqların yerinə yetirilməsi üçün ən yaxşı həll yolunun işlənib hazırlanmasına imkan verir.

AsstrA şirkəti neft hasil edən ölkələr, xüsusilə, Azərbaycanda qaz və neft sənayesi üçün məhsullar və avadanlığın nəqlinin təşkilində etibarlı partnyor kimi özünü təsdiqləmişdir.

Şirkətimiz xüsusi nəqliyyat layihələrinin reallaşdırılması üzrə zəngin təcrübəyə malikdir. Biz, neft emal edən zavodlar, boru kəmərləri tikintisi üçün ixtisaslaşmış qabaritsiz avadanlıq daşımnasını həyata keçirir, həmçinin, dəniz qazma qurğularının və seysmik stansiyaların daşınmasında iştirak edirik. Müştərilərimiz bilirlər ki, AsstrA hər bir işin öhdəsindən gəlir.

“AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir. Holdinq logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 16 ölkəsində təmsil olunub. “AsstrA” müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən kompleks xidmətlər təqdim edir. “AsstrA” ofislərinin geniş coğrafiyası və peşəkarlarla əməkdaşlığı sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır. “AsstrA” Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.

Xəbər lenti

Xəbər lenti