...

Ötən il Azərbaycandan külli miqdarda xarici valyuta çıxarılmasının qarşısı alınıb (YENİLƏNİB)

İqtisadiyyat Materials 19 Yanvar 2018 14:10 (UTC +04:00)
Ötən il Azərbaycanın gömrük orqanları üçün qaçaqmalçılıqla mübarizə sahəsində uğurlu olub.
Ötən il Azərbaycandan külli miqdarda xarici valyuta çıxarılmasının qarşısı alınıb (YENİLƏNİB)

Trend-i buradan izləyin

İlk xəbər saat 11:39-da yayımlanıb

Bakı. Ənvər Məmmədov - Trend:

Ötən il Azərbaycanın gömrük orqanları üçün qaçaqmalçılıqla mübarizə sahəsində uğurlu olub.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Komitə sədri bildirib ki, ötən il ölkəyə keçirilməsinə cəhd edilən xeyli sayda narkotik vasitə götürülüb, həmçinin xaricə külli miqdarda xarici valyutanın aparılmasının qarşısı alınıb:

"2017-ci ildə Azərbaycandan qanunsuz yolla 1,6 milyon dollar, 22 milyon rubl və 50 min avro çıxarılması cəhdinin qarşısı alınıb".

DGK sədrinin sözlərinə görə, həmçinin ötən il Azərbaycan ərazisinə 1,2 milyon manat dəyərində qızıl, qiymətli daşlar və digər qiymətli əşyaların gətirilməsi cəhdi baş tutmayıb:

"Bundan başqa, ölkəyə 2770 kq narkotik və psixotrop vasitələrin gətirilməsinin qarşısı alınıb. Bunun böyük hissəsi - 2550 kq marixuananın payına düşüb, eləcə də 100 kq heroin götürülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti