Milli standartların 45%-i beynəlxalq standartlara uyğunlaşdırılıb (FOTO)

Milli standartların 45%-i beynəlxalq standartlara uyğunlaşdırılıb (FOTO)

Bakı. Trend:

Milli standartların 45%-i beynəlxalq və Avropa standartlarına harmonizə edilib.

Trend-in məlumatına görə, bunu Caspian European Club və Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə biznes-forumunda komitə sədri Ramiz Həsənov deyib.

R.Həsənov Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Komitə sədri qeyd edib ki, dövlət başçısı tərəfindən qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı qoyulmuş vəzifələrin icrası xarici ölkələrlə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılmasını, təhlükəsiz və keyfiyyətli, yüksək texnologiyalı və innovativ məhsulların istehsalını, istehsalat və xidmət göstərən müəssisələrdə müasir keyfiyyəti idarəetmə sistemlərinin tətbiq edilməsini tələb edir. R.Həsənovun sözlərinə görə, ötən dövr ərzində keyfiyyət infrastrukturu sahələrində aparılmış mühüm islahatlardan biri “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanıdır.

R.Həsənov bildirib ki, dövlət başçısının Fərmanına əsasən Komitə tərəfindən standartlaşdırma, metrologiya, akkreditasiya və patent sahəsi üzrə 4 publik hüquqi şəxs təsis edilib. Bununla həmin sahələrdə fəaliyyət göstərən qurumların dövlət büdcəsindən asılılığı aradan qaldırılıb, işçilər daha yüksək məvaciblə publik hüquqi şəxslərdə işlə təmin olunub: ““Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Qanun layihələrinin Milli Məclisdə müzakirəsi yekunlaşmaq üzrədir. Azərbaycan Standartlaşdırma İnstitutunun milli standartlaşdırma qurumu kimi İSO-da üzvlüyü təmin edilib, Avropa Standartlaşdırma Təşkilatında (CEN-CENELEC) “tərəfdaş standartlaşdırma orqanı” statusunda təmsil olunması istiqamətində işlər aparılır. Milli standartların 45%-i beynəlxalq və Avropa standartlarına harmonizə edilib. Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının iclasında Azərbaycan Akkreditasiya Mərkəzinin EA-ya assosiativ üzvlüyü ilə bağlı müraciətinə baxılıb, Mərkəz yekdilliklə beynəlxalq təşkilatın assosiativ üzvlüyünə qəbul edilib. Burada əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş qurumlar tərəfindən verilən sınaq və kalibrləmə sənədləri, uyğunluq sertifikatlarının Avropa ölkələrində tanınmasıdır. Hazırda Azərbaycan Akkreditasiya Mərkəzinin EA-nın ikitərəfli tanınma Sazişinə qoşulması ilə bağlı işlər davam etdirilir.”

Metrologiya sahəsində görülmüş işlərə toxunan komitə sədri qeyd edib ki, Azərbaycanın dövlət etalonları laboratoriyalarında həyata keçirilən ölçmələrin beynəlxalq səviyyədə tanınması istiqamətində bir sıra işlər görülüb: “31 yanvar 2018-ci ildə Braunşveyq şəhərində, Almaniya Milli Metrologiya İnstitutunda (PTB) KOOMET-in iclasında Azərbaycan Metrologiya İnstitutuna keyfiyyəti idarəetmə sisteminin “Tanınma Şəhadətnaməsi” təqdim edilib.”

O, həmçinin qonaqları həyata keçirilən islahatlar nəticəsində əldə olunmuş nəticələr, texniki tənzimləmə və standartlaşdırma, akkreditasiya, metrologiya, patent və əmtəə nişanları sahələrindəki fəaliyyət, eləcə də Komitə qarşısında bir sıra vəzifələr qoyan Dövlət Proqramları və Strateji Yol Xəritələri barədə məlumatlandırıb.

Sonda biznes-forum iştirakçılarının sözügedən mövzu üzrə təklifləri, o cümlədən Caspian European Club-a üzv olan şirkətləri maraqlandıran məsələlər müzakirə edilib.

Biznes-forumda çıxış edən Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Caspian European Club-un üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə R.Həsənova minnətdarlığını bildirib. Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab tapıb, bu sahə üzrə əməkdaşlığın yollarını müzakirə ediblər.

T.Əliyev biznes-forumun bütün iştirakçılarını 2018-ci il aprelin 18-də Gürcüstan və Azərbaycan hökumətinin dəstəyilə keçiriləcək 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi”yə dəvət edib.

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Qırğızıstan və Tacikistan qoşunların sərhəddən çıxarılması barədə razılığa gəliblər (ƏLAVƏ OLUNUB)
"Barselona" yeni hücumçusu ilə müqavilə imzalayıb
Dünyada koronavirusa yoluxanların sayı 360 milyonu keçib
Tacikistan sərhəddə baş verən insident nəticəsində mülki əhali arasında itkilər olduğunu bildirib
Hindistanın xarici siyasətində tarazlığın bərpa edilməsi
Mərkəzi Gömrük Hospitalında 1600-dən çox koronavirus xəstəsi stasionar müalicə alıb - DGK sədri
İdxal-ixrac göstəricilərinin təhlil edilməsi məqsədilə "Tableau" proqramının tətbiqinə başlanılıb - Səfər Mehdiyev
FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ - mədən Nəzarəti Dövlət Agentliyində görüş keçirilib (FOTO)
Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Türkiyə Rusiya və Ukraynanı gərginliyi azaltmağa çağırıb
Qırğızıstanın mülki müdafiə xidmətləri fövqəladə iş rejiminə keçib
Qırğızıstan-Tacikistan sərhədində atışma olub, ölən və yaralananlar var
Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanıb - TƏHLİL
"Omikron" ştammına qarşı ən effektiv üsul "buster" doza vaksinasiyadır
Türk Hava Yolları İdarə Heyətinin sədri istefa verib
Evində ölü tapılan tağım komandiri ürək çatışmazlığından vəfat edib
Azərbaycan Prokurorluğu Almaniyanın hüquq mühafizə orqanları ilə əlaqələri genişləndirir (FOTO)
Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi açıqlanıb
AHİK sədri korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində iştirak edib
İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb
Zəngilan Hava Limanı beynəlxalq məkan indeksləri kataloquna daxil edildi
Bakıda qanunsuz parklanma ilə bağlı reyd: 180-dən çox sürücü cərimələndi (FOTO/VİDEO)
Ceyhun Bayramov Kolumbiyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
“Ümumi tranzit proseduru üçün gömrük zəmanət sistemi” mövzusunda seminar keçirilib (FOTO)
Kuba Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir - Səfir (FOTO)
Əlilliyi olan məhkumların hüquqlarının müdafiəsi Ombudsmanın diqqətindədir (FOTO)
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası insidentlərin qarşısını almağa imkan verəcək - Rusiya XİN
Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda Azərbaycanı Selcan Maqsudova təmsil edəcək
Oteldə müğənnini öldürməyə cəhd edən şəxsə 10 il cəza verildi
Azərbaycanda bu şəxslərin “Qırmızı Siyahı”sı hazırlanacaq
Füzuli sakinləri Beyləqanda pulemyot satarkən tutuldu (FOTO/VİDEO)
Yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsi
Xəzərdən nərə balıqlarını qanunsuz ovlayan şəxslərə cinayət işi açılıb
Ən iddialılar "Teknofest"də yarışır
Kürdəmir sakinindən heroin və tiryək götürülüb
Unibankın 20 milyon manatlıq istiqrazı uğurla yerləşdirilib
Televiziya kanalları HD yayıma keçir, bunun üçün insanlar nə etməlidir? - MTRŞ sədrindən açıqlama (ÖZƏL)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 3 361 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
Sənaye zonalarında ixracın həcmi əvvəlki illə müqayisədə 2,7 dəfə artıb
Bir neçə qurum avtomobillərini ucuz qiymətə satışa çıxarır
DOST mərkəzlərində "onlayn növbə" və "surdotərcümə" xidmətləri istifadəyə verildi
Azərbaycanda 3 helikopter satışa çıxarılır (FOTO)
Paşinyan Türkiyəyə səfər edə bilər
Yelo Bankdan gömrük işçilərinə zaminsiz və komissiyasız kredit!
Azərbaycan və Türkmənistanın “Dostluq” yatağı üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilib
Mingəçevir Dövlət Universitetində növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb
İranda daha 30 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyevin vəkillik fəaliyyətinə böyük önəm verməsi işimizdə köklü dəyişiklik yaradıb - Vəkillər Kollegiyasının sədri (VİDEO)
Göygöldəki Psixonevroloji Sosial Xidmət Müəssisəsində 135 şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir (FOTO)
Tural Sadıqlı və Fikrət Hüseynov barəsində axtarış elan olunub
AAYDA və "Azərsu" ASC birgə məlumat yayıb (FOTO)
Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb (FOTO)
Ağacları zədələyən şirkət cəzalandırılıb
İsa Həbibbəyli və Gövhər Baxşəliyevaya yeni vəzifə verildi
Azərbaycanda sənaye zonalarına qoyulan investisiyanın həcmi açıqlanıb
Əjdər Olun məhkəməsi keçirilib
Vladimir Putin Türkiyəyə səfər edəcək
Vətəndaşların məmnunluğu dövlətimiz üçün vacibdir - Naqif Həmzəyev
Təhsil Nazirliyindən direktorun rüşvət istəməsinə dair səs yazısı ilə bağlı AÇIQLAMA (VİDEO)
Hafiz Məmmədov barəsində həbs qərarı verilib - Rəsmi
Ziraat Bank Azərbaycan real sektorun etimadını qazanmağa davam edir
Avtobusda, maşında yol gedərkən ürəyi bulananlara - Həkim tövsiyəsi
Xaricdən gələn şübhəli zənglərin 90 faizə yaxını bloklanıb - Nazir müavini
Ukraynada əsgər 5 hərbçi yoldaşını belə öldürüb (VİDEO)
Rusiyada bir gündə 88 mindən çox şəxs koronavirusa yoluxub
Qarabağa səfər edən hər kəs Ermənistanın dağıdıcı fəaliyyətinin nəticələrini görə bilər - Fərid Şəfiyev
Hazırda güzəştli pensiyalarla bağlı araşdırmalar aparılır - Anar Əliyev
Sabah hava necə olacaq?
Vətən müharibəsi iştirakçılarının siyahısı tərtib olunub Zəfər altsisteminə daxil ediləcək - Nazir müavini
SOCAR AQŞ və İraq Qazma Şirkəti arasında protokol imzalanıb
"Baktelecom" və "Aztelekom"un birləşdirilməsi planlaşdırılır - Rövşən Rüstəmov
Azərbaycana gələn yük avtomobilindən 4600 ədəd siqaret aşkarlanıb
Təhsil Nazirliyi Gəncə Dövlət Universitetində xaricdə doktorantura təhsili və beynəlxalq ikili diplom proqramı ilə əlaqədar görüş keçirib (FOTO)
Azərbaycanda yeni 5G tezliklərinin paylanması cədvəli təsdiqlənib - Nazir müavini
Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Postmüharibə reallıqlarında regional əməkdaşlığın yeni imkanları. Zəngəzur dəhlizi - “Əsas məsələ”də müzakirə (FOTO/VİDEO)
Qəbələdə tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Hindistanın Respublika Günü qeyd edilib (FOTO)
Azərbaycanın azad edilmiş ərazilərdə 13 layihə üzrə 9 yolun tikintisi başlayıb - Müşavir
Peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır - Baş infeksionist
Rafael Cəbrayılov vəfat etdiyi üçün bütün işləri onun üstünə atırsınız - Hakim
Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır (FOTO)
Operatorlar dövlət müəssisələrinin balansındakı kabel şəbəkələrindən icazəsiz istifadə edir - Nazir müavini
Azərbaycan-İran əməkdaşlığı regional sülhə və tərəqqiyə xidmət edir - Kamaləddin Qafarov
Sosial məsuliyyət istiqamətində stimullaşdırıcı tədbirlər nəzərdə tutula bilər - Fərid Qayıbov
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Azərbaycan qlobal səviyyədə antisemitizmlə mübarizə və multikulturalizmin dəstəklənməsində öz rolunu oynayıb - BMT rəsmisi
Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan yararlana bilər?
Aİ aqroturizmin inkişafı sahəsində təcrübəsini Azərbaycanla bölüşür - Peter Mixalko
Azad edilmiş ərazilərin 35 faizi teleradioyayımla əhatə olunub – Nazir müavini
“Məşğulluq marafonu” çərçivəsində 1600-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub - Nazir
Son 3 ildə sosial paketlər üçün 5 milyard manat ayrılıb - Sahil Babayev
Zəngilan və Laçın hava limanlarının tikintisinə hazırlıq işləri aparılır - Nazir müşaviri
Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində aparıcı rol oynayır - Aİ nümayəndəliyinin rəhbəri
Azərbaycanda sənaye zonalarında istehsal edilən məhsulun dəyəri açıqlanıb
Bakı Taksi Xidmətinə özəl investisiyaların cəlb edilməsi planlaşdırılır
Bakıda havanın keyfiyyəti yaxşılaşıb - ETSN
Azərbaycan böyük yəhudi icmasının yaşadığı unikal müsəlman ölkəsidir - İsrail səfiri (FOTO)
Xızıda evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bütün xəbərlər