...

Ekspert: Azərbaycan Mərkəzi Asiya üçün Avropaya etibarlı körpüyə çevrilib

İqtisadiyyat Materials 2 Aprel 2018 19:52 (UTC +04:00)
Azərbaycan Mərkəzi Asiya üçün Avropaya etibarlı körpüyə çevrilib
Ekspert: Azərbaycan Mərkəzi Asiya üçün Avropaya etibarlı körpüyə çevrilib

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Mərkəzi Asiya üçün Avropaya etibarlı körpüyə çevrilib.

Bunu Trend-ə “Parasat” Sistem Tədqiqatları İnstitutunun eksperti Nailə Alməhəmmədova deyib.

N.Alməhəmmədovanın sözlərinə görə, bu gün Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi və mədəni dialoq öz dinamikasını qoruyub saxlayır:

“Prezident İlham Əliyevin Şərq-Qərb dəhlizinin və Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması ilə qədim “İpək yolu”nun bərpa olunmasında mühüm töhfəsini qeyd etmək lazımdır”.

Ekspert bildirib ki, Qazaxıstanla Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, tərəfdaşlıq və etimad əsasında qurulub:

“Bu münasibətlərin əsası Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Azərbaycanın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu münasibətlər bu gün inkişaf etməkdədir”.

N.Alməhəmmədova qeyd edib ki, son zamanlar Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) layihəsinin inkişafı çərçivəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət ayrılır:

“Əsas məsələ ölkələrimizin tranzit potensialının reallaşdırılmasıdır: belə ki, Azərbaycan ərazisindən keçən TMTM bizim Avropa bazarlarına çıxışımızı təmin edir, Qazaxıstan isə Azərbaycanın Mərkəzi Asiya və Çinə yolunu açır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti