...

DİQQƏT! Bakı Dairəvi-1 avtomobil yolunda təmir işləri aparılır

İqtisadiyyat Materials 15 May 2018 11:30 (UTC +04:00)
Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır.
DİQQƏT! Bakı Dairəvi-1 avtomobil yolunda təmir işləri aparılır

Bakı. Samir Əli - Trend:

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin sifarişi əsasında Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır.

Agentlikdən Trend-ə verilən məlumata görə, bu məqsədlə avtomibillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti