...

Azərbaycanın kənd təsərrüfatına ciddi təhlükə - Yeni ziyanverici böcəklər peyda oldu

İqtisadiyyat Materials 28 İyun 2018 11:45 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzi (AgroCenter) hökumət və özəl sektorun aqrobiznes mütəxəssislərini Azərbaycanın kənd təsərrüfatına ciddi təhlükə ilə bağlı xəbərdarlıq etmək üçün tədbir keçirib.
Azərbaycanın kənd təsərrüfatına ciddi təhlükə - Yeni ziyanverici böcəklər peyda oldu

Bakı. Trend:

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzi (AgroCenter) hökumət və özəl sektorun aqrobiznes mütəxəssislərini Azərbaycanın kənd təsərrüfatına ciddi təhlükə ilə bağlı xəbərdarlıq etmək üçün tədbir keçirib.

Trend-in məlumatına görə, qəhvəyi qalxanlı zərərli bağacıqlar 200-dən çox çeşiddə meyvə və tərəvəzlərdə qidalanan bir zərərverici böcəkdir. Şərqi Asiyaya məxsus bu böcək Cənubi Qafqaz regionunda yeni zərərvericicidir və təkcə 2017-ci ildə Gürcüstanda 100 milyon dollardan çox meyvə və fındığı məhv edib.

Gündə 100 km-dən yuxarı məsafəyə və ya avtomobil və yük maşınlarında səyahət edə bildiyindən bu böcək uzun məsafələri asanlıqla qət etməklə Gürcüstan ərazisində sürətlə yayılıb və son zamanlar Şəmkirdə də aşkar edilib. Zərərli bağacıq Azərbaycanda da Gürcüstanda olduğu kimi eyni sürətlə yayılarsa, bu təhlükəni aradan qaldırmaq üçün dövlət və özəl sektorun təcili olaraq birgə işləmələrinə ehtiyac yaranacaq.

USAID 2017-ci ildə təhlükəni izləmək məqsədilə fəaliyyətə keçərək 2018-ci ildə monitorinq işlərinin genişləndirilməsini planlaşdırır. USAID, AgroCenter təşkilatı ilə birgə, Azərbaycanda bu zərərvericinin hücum edə biləcəyi bütün sahələri əhatələyən zərərli bağacığın izlənmə planını hazırlayıb.

USAID və AgroCenter bu təhlükə barədə məlumatlılığın artırılmasını davam etdirəcək və Azərbaycan hökuməti ilə birgə bu zərərvericilərin Azərbaycanda iqtisadiyyat və kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən meyvə və fındıqlara hücum etməsinə qarşı fəaliyyət planının işlənib hazırlanması üçün hazırlıqlıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti