...

Bank VTB-nin (Azərbaycan) Visa kart sahibləri üçün stimullaşdırıcı lotereya

İqtisadiyyat Materials 29 İyun 2018 18:56 (UTC +04:00)
Bank VTB (Azərbaycan) Visa kart sahiblərini “Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et” adlı stimullaşdırıcı lotereyada iştirak etməyə dəvət edir.
Bank VTB-nin (Azərbaycan) Visa kart sahibləri üçün stimullaşdırıcı lotereya

Bakı. Trend:

Bank VTB (Azərbaycan) Visa kart sahiblərini “Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et” adlı stimullaşdırıcı lotereyada iştirak etməyə dəvət edir.

Bankdan Trend-ə verilən məlumata görə, lotereyanın iştirakçısı olmaq üçün bank VTB-nin (Azərbaycan) Visa kartı ilə 31 avqust 2018-ci ilədək xaricdə 10 manatdan başlayaraq nağdsız ödəniş edib dəyərli hədiyyələrə sahib olmaq şansı qazanırlar. Əməliyyatları yalnız ticarət nöqtələrində posterminallar vasitəsi ilə həyata keçirmək lazımdır. Hər nağdsız əməliyyatı www.visa.com.az saytında qeydiyyatdan keçirmək vacibdir.

Hədiyyələr 4 iyul, 3 avqust və 5 sentyabr 2018-ci tarixində oynanılacaq. Uduş keçirildikdən sonra təşkilatçılar SMS-xəbərdarlıq və ya telefon vasitəsi ilə qalibə bu barədə xəbər verir, eləcə də qaliblər barədə məlumat uduşdan 5 gün sonra www.visa.com.az yerləşdirilir.

Lotereya haqqında daha ətraflı məlumatı aşağıdakı link vasitəsi ilə almaq olar: https://promotions.visa.com/mepa/azcrossborder/doc/az-crossborder-rules.pdf

Məqalədə:
Xəbər lenti

Xəbər lenti