...

Dövlət Gömrük Komitəsi daha bir ilkə imza atıb (FOTO)

İqtisadiyyat Materials 3 Avqust 2018 14:48 (UTC +04:00)
"Qoşa Təpə" gömrük postunda bir aya yaxın müddət ərzində "bir pəncərə" sistemini təkmilləşdirmək üçün "bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsinə başlanılıb.
Dövlət Gömrük Komitəsi daha bir ilkə imza atıb (FOTO)

Biləsuvar. Ceyhun Ələkbərov - Trend:

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda "bir pəncərə" sistemini təkmilləşdirmək məqsədilə pilot layihə həyata keçirir. “Qoşa Təpə” gömrük postunda "bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsi artıq bir aya yaxın vaxtdır ki, işə düşüb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov deyib.

Layihənin mahiyyəti haqqında məlumat verən A.Abbasov bildirib ki, burada vətəndaş bir inspektor ilə təmasda olur: "Belə ki, digər gömrük postlarında tətbiq edilən "bir pəncərə" sistemində bir neçə şəxs öz sahələri üzrə vətəndaşa xidmət göstərirdisə, "Qoşa Təpə" gömrük postunda bir şəxs bütün sahələr üzrə bir vətəndaşa xidmət göstərir. Bu layihə yaxın zamanlarda uğurla davam etsə, digər gömrük postlarında da tətbiq olunacaq”.

A.Abbasov qeyd edib ki, tətbiq edilən pilot layihədə bir şəxs 5 dəqiqə ərzində "bir pəncərə" sistemində bütün sənədləşdirmədən keçə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti