...

ASCO: Fövqəladə hadisələrə qarşı gəmilər növbətçi təyin edilib (FOTO)

İqtisadiyyat Materials 18 Yanvar 2019 13:04 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) yanvarın 17-də Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri görüb.
ASCO: Fövqəladə hadisələrə qarşı gəmilər növbətçi təyin edilib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) yanvarın 17-də Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri görüb.

QSC-dən Trend-ə verilən məlumata görə, ASCO Xəzərdə üzən bütün gəmilərinə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə iki gün öncədən yazılı məlumat göndərib, müvafiq tapşırıqlar verib.

Tapşırığa əsasən, baş verə biləcək fövqəladə hadisələrə qarşı dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə ASCO-ya məxsus gəmilər növbətçi təyin olunub. Belə ki, “Vixr-3”, “Qubadlı”, “Nefteqaz-58”, “Lütoqa”, “Andoqa” gəmiləri “Neft Daşları-Günəşli-Çilov”, “Aura” və “Yarenqa” gəmiləri “Abşeron”, “İrgiz” və “Kapitan Ağasıyev” gəmiləri “Bakı-Bahar”, “Vixr-9”, “Vixr-5”, “Zirə”, “Mərdəkan” və “Sumqayıt” gəmiləri isə “Qaradağ-MPS-Ümid” bölgələrində təhlükəsizliyin təmin olunması istiqamətində xidmət keçirib.

“Salyut” və “Hövsan-5” gəmiləri isə ASCO-nun sahil obyektləri ərazisində növbətçiliyə cəlb olunub. Bu saatadək hər hansı fövqəladə hal qeydə alınmayıb.

ASCO-da hava şəraitinin kəskin dəyişməsi ilə bağlı həyata keçirilən bütün tədbirlər əlaqələndirilib və mərkəzləşdirilmiş nəzarət gücləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti