...

Şamaxı və Şəmkirin bəzi ərazilərində qaz olmayacaq

İqtisadiyyat Materials 30 Oktyabr 2019 09:40 (UTC +04:00)
Bu gün səhər saat 10:00-dan etibarən işlər başa çatanadək diametri 315 və 159 mm olan orta təzyiqli qaz xətlərində aparılacaq təmir işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində qaz verilişində fasilələr olacaq.
Şamaxı və Şəmkirin bəzi ərazilərində qaz olmayacaq

Bakı. Samir Əli - Trend:

Bu gün səhər saat 10:00-dan etibarən işlər başa çatanadək diametri 315 və 159 mm olan orta təzyiqli qaz xətlərində aparılacaq təmir işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində qaz verilişində fasilələr olacaq.

Bu barədə Trend “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bundan başqa, aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması üçün saat 14:00-dan etibarən Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində müvəqqəti olaraq qaz təchizatı dayandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti