...

Venesuela Prezidenti ABŞ-dən mövcud siyasətinə son qoymağı tələb edib

Dünya xəbərləri Materials 11 Dekabr 2025 09:18 (UTC +04:00)
Venesuela Prezidenti ABŞ-dən mövcud siyasətinə son qoymağı tələb edib

Bakı. Trend:

Venesuela Prezidenti Nikolas Maduro ABŞ hökumətindən həm Venesuelaya, həm də Latın Amerikasına yönəlmiş müdaxilə, rejim dəyişikliyi və çevriliş siyasətinə son qoymağı tələb edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə mitinqdə bildirib.

“Biz ABŞ hökumətindən Venesuela və Latın Amerikasına qarşı qeyri-qanuni, qəddar müdaxiləni, rejim dəyişikliyi siyasətini, dövlət çevrilişlərini və işğalları dayandırmasını tələb edirik”, – deyə Maduro qeyd edib.

Prezident vurğulayıb ki, nəcib, suveren və cəsarətli xalqa məxsus olan Venesuela heç vaxt imperiyanın müstəmləkəsinə çevrilməyəcək. O əlavə edib ki, Venesuela torpağının sərvətləri heç vaxt hər hansı bir imperiya tərəfindən talan edilməyəcək.

Dövlət başçısı bəyan edib ki, Venesuela tarlalarında çalışan işçilər ölkəni istənilən təcavüzkar imperiyadan müdafiə etmək üçün lazım gələrsə, əllərinə tüfəng, raket və tanklar götürəcəklər.

Mitinqdən əvvəl Maduro və nümayişçilər Karakas küçələrində çoxminlik yürüşdə iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti