...

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 1.8 dəfə artıb

Cəmiyyət Materials 11 Dekabr 2025 09:12 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında “biletim.az” portalı vasitəsilə onlayn qaydada 739 433 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb.

Trend bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, onlayn bilet alışının ümumi bilet satışında xüsusi çəkisi 11 ayın nəticəsi üzrə 29,2%, o cümlədən noyabr ayında 38,1% təşkil edib.

2024-cü ilin 11 ayı ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 21.3 % idisə, cari ilin müvafiq dövründə bu rəqəm 37.3 %-ə yüksəlib.

Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal şəkildə istifadə etdiklərini göstərir.

Qeyd edək ki, “biletim.az” portalında 56 məntəqə, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 347 reys olmaqla 395 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Qeyd edilib ki, vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Xəbər lenti

Xəbər lenti