Bakı. Trend:
Rusiyanın “Azur Air” aviaşirkətinin Bakıda məcburi eniş edən təyyarəsinin sərnişinləri başqa reyslə Moskvaya göndərilib.
Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Qeyd olunub ki, yerli vaxtla saat 21:04-də təyyarə Bakıdan Moskvaya yol düşüb.
Xatırladaq ki, Rusiyanın “Azur Air” aviaşirkətinin Qoa-Moskva marşrutu ilə hərəkət edən təyyarəsi texniki səbəblərlə əlaqədar Bakı aeroportunda eniş izni istəyib. Təyyarə yerli vaxtla saat 11:05-də uğurla eniş edib.