Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur

Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur

Bakı. Elçin Mehdiyev - Trend:

Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa, fəaliyyətini aşkarlıq prinsiplərinə söykənərək göstərməyə borcludur.

Bunu Trend-ə açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib.

F.Yusifov bildirib ki, koronavirus pandemiyasının yaratdığı durumun ağırlığı dünyanın gözləri qarşısındadır. Vəziyyətdən çıxışın yeganə yolu bu bəlaya qarşı birləşərək mübarizə aparmaqdan keçir. Bu vəziyyətdə hər kəs bir araya gəlməlidir, əks halda prosses nəzarətdən çıxaraq insanlığı miqyası bəlli olmayan fəlakətə apara bilər:

"İki ay öncə bir neçə ölkədə aşkarlanmış epidemiyanın səsi indi dünyanın 180 ölkəsindən gəlir. Son məlumatlara görə, COVİD-19 virusuna dünyada yoluxanların sayı 850 min nəfəri, ölənlərin sayı isə 42 min nəfəri ötüb. Ölkələr arasında bu siyahıya hazırda Amerika Birləşmiş Ştatları başçılıq edir, sonrakı iki yer isə İtaliya və İspaniyaya məxsusdur.

Bəşəri bəlanın dünya iqtisadiyyatına və maliyyə sisteminə vurduğu və bundan sonra vura biləcəyi zərbənin ölçüləri olduqca böyükdür. Bəzi iqtisadçılar bu itkilərin miqyasını keçən əsrin 20-ci illərinin sonlarında baş vermiş “əsrin depressiyası” adlandırılmış iqtisadi böhran nəticəsində baş vermiş itkilərlə müqayisə edirlər. Real olan isə budur ki, virusu ram edəcək peyvənd gec tapılarsa, dünya iqtisadiyyatında və beynəlxalq maliyyə sistemində tarixdə misli görünməmiş iqtisadi fəlakət qaçılmaz olacaq.

Artıq bu gün Birləşmiş Millətlər Təşkilatı “yaxınlaşan maliyyə sunamisi” ilə bağlı həyacan təbili çalaraq Qərbi koronavirusla mübarizə aparmaq üçün inkişaf etməkdə olan ölkələrə 2,5 trilyon dollar həcmində yardım göstərməyə səsləyib. BMT bu ölkələrin 1 trilyon dollar həcmində borcunun silinməsini və eyni zamanda zəruri tibbi xidmətlərin göstərilməsinin təmin olunması məqsədilə onların səhiyyə sistemlərinin bərpasına 500 milyard dollar məbləğində yardım etməyi tövsiyə edib.

Beynəlxalq miqyasda koronavirusun indiyə qədər yaratdığı durum heç də yaxşı deyil. Bu gün kimliyindən asılı olmayaraq bu durum hər bir kəsi ciddi düşündürməli və hər kəs bu durumun aradan qaldırılmasına öz töhvəsini verməlidir. Kimlərsə problemin həllinə maddi dəstək verməklə, kimlərsə də sadəcə virusun yayılmaması naminə özünü izolyasiya etməklə bunu etməlidir. Hər bir problemin həlli bilavasitə ona düzgün yanaşmaqdan asılı olur. Virusun yayılmağa başladığı ötən dövr ərzində bütün dünyada yoluxanların vaxtında aşkarlanması və müalicə edilməsi nəticəsində ümumilikdə 174 mindən çox insanın həyatını xilas etmək mümkün olub. Deməli, təhlükəli virusun peyvəndi tapılmadan belə onu müalicə etmək mümkündür.

Bunun üçün çox asan bir şəkildə insanlara yoluxan bu virusun peyvəndi tapılana qədər hər kəs səbr nümayiş etdirib daha az təmasda olmalı, bir sözlə özünü, yaxınlarını və bütövlükdə cəmiyyəti qorumaq üçün özünütəcrid variantını seçməlidir".

F.Yusifov bildirib ki, yaranmış durumun dünyanın bir parçası olan ölkəmizdən yan keçməsi mümkün deyildi:

"Bunu nəzərə alan Azərbaycan hökuməti vaxtında zəruri olan bütün addımları atdı və bu istiqamətdə işlər ən yüksək səviyyədə bu gün də davam etdirilir. Biz COVİD-19 virusunun bəzi ölkələrdə yaratdığı acınacaqlı vəziyyətin ölkəmizdə təkrarlanmaması üçün əlimizdən gələn bütün işləri görürük. Lakin bu işlər o zaman yetərli nəticələrə aparıb çıxara bilər ki, hər bir vətəndaş vəziyyətin reallığını olduğu kimi dəyərləndirməyi bacarsın.

İndiki məsuliyyətli və həssas bir məqamda hər kəs təkcə özünü deyil, ailəsini, cəmiyyəti və bütövlükdə insanlığı düşünməyə məhkumdur. Odur ki, hər birimiz pandemiyanın yaratdığı vəziyyətin durdurulması məqsədilə hökumətin müəyyənləşdirdiyi qaydaların tələblərinə tam riayət etməliyik.

Prezident İlham Əliyev martın 31-də İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən yaranmış durumla bağlı öz fikirlərini olduqca açıq bir şəkildə cəmiyyətə çatdırdı. Görüş zamanı onun səsləndirdiyi “Dünyanın və Avropanın aparıcı ölkələrində demək olar ki, vəziyyət nəzarətdən çıxır”, “heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin sayına uyğun xidmət göstərə bilməz”, “Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır” kimi fikirlərdən hər birimiz ciddi nəticə çıxarmalıyıq.

Bu gün vətəndaş-iqtidar birliyinin ən yüksək səviyyədə nümayişinə ehtiyac var. Hesab edirəm ki, dövlətin yaranmış durumla bağlı atdığı addımlar kifayət qədər səmərəli olacaq və məhz bu tədbirlər sayəsində pandemiyanın yaratdığı problemlərin minimallaşdırılmasını təmin edə biləcəyik. Yetər ki, Prezidentin “Ona görə dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram” tələbinə hər birimiz əməl edək.

Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dörd istiqamətdə xüsusi işçi qruplar yaradılıb. Artıq pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndrən işçi qrupun rəhbəri - iqtisadiyyat naziri M.Cabbarov Dövlət dəstəyinin göstərilməsini nəzərdə tutan və 9 proqramdan ibarət olan zərfi ölkə başçısına təqdim etdi. Bu proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib.

Bütövlükdə proqramlar dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bütün fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən olunub. Ümumilikdə, doqquz proqramın maliyyə tutumu 2,5 milyard manat təşkil edir ki, bu da Azərbaycanın ümumi daxili məhsulunun 3%-nə bərabər bir məbləğdir.

Bu göstərici MDB məkanında və regionda olan ölkələr arasında onların iqtisadiyyatının ölçüləri baxımından ən yüksək göstəricidir. Bir sözlə, dövlət həmişə olduğu kimi öz vətəndaşlarının və sahibkarların yanındadır. Yetər ki, həm vətəndaşlar və həm də sahibkarlar qoyulan tələblər çərçivəsində davransınlar. Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa, fəaliyyətini aşkarlıq prinsiplərinə söykənərək göstərməyə borcludur. Dövlət belə sahibkarları həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək".

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb
Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb
Mədəniyyət nazirinin səlahiyyətləri heç kimə həvalə edilməyib - RƏSMİ
Mədəniyyət nazirinin səlahiyyətləri heç kimə həvalə edilməyib - RƏSMİ
Loading Bars
Xəbər lenti
Abşeron sakini qaçırdığı avtomobillə birgə saxlanıldı
ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir
Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi dünyasını dəyişib
Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib
Binəqədidə əl qumbarası tapılıb (FOTO)
ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub (FOTO)
Ombudsmanın Quba Regional Mərkəzi videokonfrans vasitəsilə maarifləndirici tədbir keçirib
Milli Məclis deputatların maaşı ilə bağlı məsələyə aydınlıq gətirdi
Dağlıq Qarabağda keçirilmiş saxta "seçkilər"lə bağlı BTM-nin Baş katibinə məktub ünvanlanıb
Beynəlxalq Muğam Mərkəzindən “Muğam ustadları” layihəsi unudulmaz pedaqoq Nəriman Əliyevə həsr olunub
Hava dəyişkənliyi necə baş verir? - Umayra Tağıyeva açıqladı
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Rusiya nəşri Paşinyanın hitlerçi babası ilə bağlı qalmaqaldan yazıb
Çimərlik və su istirahət mərkəzlərinin fəaliyyətinə qoyulan YENİ TƏLƏBLƏR açıqlanıb
Qəbələ sakinindən silah götürülüb
AKƏM tərəfindən keçirilən aksiyalarda AFFA-nın 200 könüllüsü aktiv şəkildə iştirak edib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 140 minə çatıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyev haqqında özbək dilində bölmə yaradılıb (FOTO)
Gəncədə avtomobil kanalizasiya quyusuna düşüb, ölən var
“The Jerusalem Post” Azərbaycan müxalifətindəki gey qalmaqalından yazdı
BNA və Baş Polis İdarəsi birgə əhalini maarifləndirmə tədbirlərinə başlayıb (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Sabah 32 dərəcə isti olacaq
Afət Həsənova: Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara riayət etmək mütləqdir
DYP 5 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı
Çin Marsa ilk missiyasını göndərməyi planlaşdırır
Mingəçevir Dövlət Universitetində sığorta mövzusunda təlim keçirilib (FOTO)
Rusiyada ötən gün 9 minə yaxın koronavirusa yoluxma qeydə alınıb
Rabitəbank Ramazan bayramında aztəmaninatlı tənha yaşayan ahılları sevindirdi
Bərdədə istifadəyə yararsız ət aşkar edilib
Xarici və yerli mütəxəssislər dünyada və Azərbaycanda Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpasını müzakirə etdilər (FOTO)
"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir! (VİDEO)
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən AÇIQLAMA
ÜST malyariya dərmanının koronavirusa qarşı vasitə kimi sınaqlarını dayandırıb
Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanılıb
Sumqayıtda ağır qəzada 4 hərbçi dünyasını dəyişib (FOTO) (ƏLAVƏ OLUNUB-2)
Azərbaycan XİN Gürcüstanı təbrik edib
Moldovada beynəlxalq avtobus və dəmiryolu nəqliyyatının hərəkətinə qadağa götürülüb
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb
Naqif Həmzəyev: Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir
Ermənistanda koronavirusa yoluxanların sayı 7 400 nəfəri keçib
Rauf Əliyev: 28 May Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir
Astarada narkotik satan şəxslər saxlanılıb
Bu gün havanın temperaturu iqlim normasından aşağı olub - FAKTİKİ HAVA
"Wood Mackenzie": Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır
Zəlzələ İranın tarixi abidələrinə ziyan vurub
Yaponiyalı həkimlər: Tibbi maskalar körpələr üçün təhlükəlidir
Azərbaycanda avtomobil benzininin istehsalı artıb
Qohumunun evindən oğurluq edən qadın saxlanılıb
Azərbaycanda sənaye istehsalının həcmi artıb
Rusiyada helikopter sərt eniş edib: Həlak olanlar var
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək (VIDEO)
Bakıda bağ evlərinin icarə qiymətləri artacaq - PROQNOZ
Almaniya hökuməti "Lufthansa"ya 9 milyard avroluq dəstək verəcək
Çində ötən sutka ərzində koronavirusa 7 yoluxma halı qeydə alınıb
Yeni Zelandiyada zəlzələ olub
ABŞ Brazilyadan gələnlərə giriş qadağasını iki gün tez tətbiq edib
Braziliyada sutka ərzində 807 nəfər koronavirusun qurbanı olub
Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir
"Virgin Orbit" şirkətinin raket-daşıyıcısının ilk sınağı uğursuz keçdi
Britaniyada bəzi mağazalar açılır
İbrahimoviç məşq zamanı zədə alıb
Moskvada koronavirusdan daha 76 nəfər dünyasını dəyişib
ÜST: Son sutkada dünyada 100 264 koronavirusa yoluxma halı qeydə alınıb
Gəncədə minik avtomobili quyuya düşüb, ölən var
Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib
Misirin Dağlıq Qarabağda qondarma “seçkiləri” tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib
Balakənə dolu düşüb
Alternativ enerjinin alternativi yoxdur
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir
Türkiyədə son sutkada koronavirusdan 1 321 nəfər sağalıb
Azərbaycan Prezidenti: Gərək biz bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
ÜST koronavirusun müalicəsi üçün nəzərdə tutulan maddələrin sınaqlarını dayandırıb
Habil Qurbanov: Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövr tariximizin ən şanlı dövrlərindən biridir
Qazaxda yaşayış binasında yanğın olub
İsraildə teatrlar və konsert salonları iyunda açılacaq
Ölkədə olan faktiki hava şəraiti açıqlanıb
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində ciddi inzibati tədbirlər görülməlidir
Azərbaycan könüllülərindən bayram sovqatı (FOTO)
Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan körpələr-evi uşaq bağçasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Şamaxının icra başçısı karantinə alınması ilə bağlı açıqlama verib
Biləsuvar sakini həmyerlisinin qoyunlarını oğurlayıb
Xırdalan şəhər sakininə qarşı quldurluq edən iki qardaş saxlanılıb
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 2 nəfər öldü
17 kiloqramdan çox narkotik vasitəni onlayn yolla satmaq istəyən qardaşlar saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfərə gəliblər (FOTO/VIDEO)
Ət və ət məhsullarının faydası və zərərli xüsusiyyətləri
Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir
Şamaxıda iki nəfər hündürlükdən yıxılıb, biri ölüb
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib
İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Bütün xəbərlər