...

Latviya aviaşirkəti gələn ildən Bakıya uçuşlar həyata keçirəcək

İqtisadiyyat Materials 10 İyul 2020 15:34 (UTC +04:00)
Latviya aviaşirkəti gələn ildən Bakıya uçuşlar həyata keçirəcək

Bakı. Nərgiz İsmayılova - Trend:

Latviyanın "AirBaltic" aviaşirkəti 2021-ci ilin aprelində Riqa-Bakı marşrutu ilə reyslərin həyata keçiriləcəyini elan edib.

Trend-in məlumatına görə, şirkət 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış yay uçuş cədvəlini 2021-ci ilə keçirib.

Bakı "AirBaltic"in ilk 15 uçuş istiqamətləri arasında yer alıb. Bakıya uçuşlar aprelin 28-dən başlayacaq. Uçuş müddət 3 saat 35 dəqiqə davam edəcək.

Ümumilikdə, "AirBaltic" gələn il 82 marşrut üzrə reyslər həyata keçirməyi planlaşdırır ki, bu da bu illə müqayisədə 21 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti