...

A-QROUP-un topladığı sığorta haqlarında 30% artım olub

İqtisadiyyat Materials 23 İyul 2020 15:55 (UTC +04:00)
A-QROUP-un topladığı sığorta haqlarında 30% artım olub

Bakı. Trend:

A-Qroup sığorta şirkəti 2020-ci ilin 1-ci yarımili üzrə fəaliyyətinə dair nəticələri açıqlayıb.

Şirkətdən Trend-ə bildirilib ki, maliyyə hesabatlarına əsasən, cari ilin ilk altı ayında toplanan sığorta haqlarının ümumi məbləği 5 642 019,82 AZN təşkil edib ki, bu rəqəm 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 350 927,32 AZN çoxdur. Rəqəmləri faizlə ifadə etsək, şirkətin topladığı sığorta haqlarında 30%-dən çox artım müşahidə olunur.

Ənənəvi olaraq, şirkətin ümumi daxilolmalarının böyük hissəsi könüllü tibbi sığortanın payına düşərək 4 763 803,29 AZN təşkil edib.

Sığorta şirkətinin məcmu kapitalı isə ötən ilin analoji dövrü ilə müqayisədə 1.664.679.95 AZN artaraq 10 202 932,53 AZN-ə çatıb.

Ümimilikdə, 2020-ci ilin iki rübü ərzində A-Qroup şirkəti tərəfindən sığortalılara 4 310 628,10 AZN məbləğində ödəniş edilib. Ən iri ödəniş isə könüllü tibbi sığorta növü üzrə həyata keçirilib- 4 067 600,30 AZN.

Orta hesabla, cari ilin 6 ayı ərzində A-Qroup şirkəti tərəfindən müştərilərə hər gün 22 000 AZN-dən çox pul ödənilib.

Pandemiya səbəbiylə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, şirkətin hesabat dövrünün nəticələri sabit müsbət tendensiya nümayiş etdirir.

A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 25 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti