Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda turizm şirkətləri müştərilərinə hələlik aviabilet sata bilmirlər.
Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlov deyib.
Onun sözlərinə görə, “Türk Hava Yolları”nın turizm şirkətlərinə müraciətinə əsasən, turizm şirkətləri turistlərə biletləri yalnız avqust ayının 1-dən sonra sata bilərlər:
“Buna görə də hazırda turizm şirkətləri aviabiletlərin satışı sahəsində fəaliyyət göstərmirlər. Amma müştərilər özləri onlayn şəkildə bilet alaraq, sərbəst qaydada Türkiyəyə gedə bilərlər”.