...

Bu il Azərbaycandan ən çox pomidor ixrac edilib: 166,5 milyon dollar dəyərində - SİYAHI

İqtisadiyyat Materials 31 Avqust 2020 07:00 (UTC +04:00)
Bu il Azərbaycandan ən çox pomidor ixrac edilib: 166,5 milyon dollar dəyərində - SİYAHI

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin ilk yeddi ayı ərzində Azərbaycanın ixrac etdiyi məhsulların dəyəri açıqlanıb.

Trend-in məlumatına görə, ilk yeddi ayı ərzində Azərbaycanın ixracı 9,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1 milyard 35 milyon ABŞ dolları dəyərində reallaşdırılıb.

2020-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,5 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 96,5 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (70,6 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk 7 ayı ərzində ərzində meyvə-tərəvəz ixracı 359,6 milyon, pambıq lifi ixracı 71,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 51,3 milyon, kimya sənayesi məhsullarının ixracı 46,5 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 27,4 milyon, pambıq ipliyi ixracı 10,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 7,3 milyon, şəkər ixracı 9,3 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 13,7 milyon, çay ixracı 5,5 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti