AZAL Türkiyəyə gedənlərə müraciət edib

İqtisadiyyat Xəbər 7 Sentyabr 2020 11:05 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Hava Yolları QSC (AZAL) Türkiyəyə səyahət edən sərnişinlərə müraciət edib.
⠀
AZAL-dan Trend-ə verilən məlumata görə, müraciətdə deyilir: "Türkiyə Respublikasına giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 180 gün ərzində etibarlı olmalıdır.
⠀
Xüsusi reyslərimiz ilə İstanbul şəhərinə səyahət edərkən, pasportunuzun müddətini bir daha yoxlamağı tövsiyə edirik".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti