...

Xocahəsəndə Nəbatat Parkı yaradılacaq

İqtisadiyyat Materials 9 Oktyabr 2020 19:01 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı şəhərinin xaricində Xocahəsən - Lökbatan yaşıl hibrid dəhlizinin yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu, 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edən Bakı şəhərinin Baş Planında qeyd edilib.

Plana əsasən, Xocahəsən gölünün təmizlənməsi üzrə layihənin icrası “Xocahəsən - Lökbatan dəhlizi”nin inkişafı üçün əlverişli şərait yaradır. Mövcud konsepsiyaya gölün şimal hissəsindəki neft hasilatı işlərinin dayandırılması, ərazilərin təmizlənməsi, kanalizasiya sisteminin yenidən qurulması və ərazidə yeni dəmiryol stansiyasının yaradılması daxildir.

Dəhliz boyu əsas yerli bitki növlərinin yetişdiriləcəyi yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur.

Hibrid dəhlizin cənub hissəsində yerləşən Qu gölü ərazisinin tarixən köçəri quşların qışlama məskəni kimi təşəkkül tapdığını nəzərə alaraq ərazidə turistik marşrutların təşkil olunması da mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti