...

Azərbaycanda əmanətlər üzrə kompensasiya məbləği dəyişir

İqtisadiyyat Materials 11 Dekabr 2020 11:24 (UTC +04:00)
Azərbaycanda əmanətlər üzrə kompensasiya məbləği dəyişir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 100 min manat (xarici valyutada 100 min manat ekvivalentinədək) müəyyənləşdirilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklikdə əksini tapıb.

İclasda bildirilib ki, 4 il 9 ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılıb, sonuncu müddət cari ilin dekabrın 4-də başa çatıb. Təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur.

Qanuna dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti